Dərc edildi: Baxış sayı: 464
ABŞ-ın dollar qərarı: Dünyanı xilas üçün... - Kudrin
ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini sıfırlaması dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir.
Axar.az xəbər verir ki, bunu Rusiya Hesablamalar Palatasının sədri Aleksey Kudrin deyib.
“ABŞ FES-i bu addımı problemi önləmək üçün atır. Bu, ABŞ iqtisadiyyatına dəstəkdir, amma həm də dünya iqtisadiyyatı üçün siqnaldır. Hədəf dünyadakı durğunluğun qarşısını almaqdır”, – deyə o bildirib.
Qeyd edək ki, bugündən Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 0-0,25%-ə endirib. FES-in qərarına münasibət bildirən ABŞ Prezidenti Tramp bu addımı alqışlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət