Dərc edildi: Baxış sayı: 482
ABŞ-ın daha bir ştatında “Azərbaycan Günü” elan edilib
ABŞ-ın İllinoys ştatının qubernatoru Cey Robert Pritzker Azərbaycan Demokratik Respublikasının 101-cü ildönümü ilə əlaqədar rəsmi bəyannamə imzalayıb.
Azvision.az xəbər verir ki, Bəyannamədə İllinoys ştatının ən böyük şəhəri olan Çikaqo ilə Azərbaycan arasında mədəni əlaqələrin təşviqində töhfəsini vermiş ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi təqdir edilir. Qeyd olunur ki, dünyanın müxtəlif ölkələrində yaşayan 46 milyon azərbaycanlı 28 may tarixini Respublika Günü kimi qeyd edir. Bildirilir ki, 1918-ci ildə yaradılan Azərbaycan Demokratik Respublikası dünya üzrə irqi, cinsi, etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər seçki hüququnu verən ilk dövlətlərdən biridir, və bu dövlət digər demokratik dövlətlər, o cümlədən ABŞ tərəfindən tanınıb.
Vurğulanır ki, Azərbaycan ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır. Qubernator Pretzker imzaladığı bəyannamədə 2019-cu il 28 may tarixini İllinoys ştatında Azərbaycan Günü elan edib və ştatın sakinlərini Azərbaycan icmasının töhfəsini təqdir etməyə çağırıb.
Bundan əlavə, İllinoys ştatından olan senator Temmi Dakuort Azərbaycan Demokratik Respublikasının yaranmasının 101-ci ildönümü münasibətilə İllinoys Azərbaycan icmasının üzvlərinə təbrik məktubu göndərib.
Təbrik məktubu ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan mərkəzinə ünvanlanıb. Məktubda vurğulanır ki, bu təşkilatın fəaliyyəti, onun həyata keçirdiyi təhsil və xeyriyyə tədbirləri Çikaqonun ictimai həyatını zənginləşdirir. Müraciətdə xanım Dakuort həmçinin Azərbaycan xalqına təbriklərini çatdırdığını və müstəqil Azərbaycanın qurucularının bu işdə töhfəsini xatırladığını bildirir.

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət