Dərc edildi: Baxış sayı: 470
ABŞ-ın bu tələbi rədd etməsi işğaldır - Puşkov
ABŞ İraqdan qoşunlarını çıxarmayacaq.
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində rusiyalı senator Aleksey Puşkov paylaşıb.
“Gözlənildiyi kimi, ABŞ qoşunlarını İraqdan çıxarmaqdan imtina etdi. Onların İraqa demokratiya gətirməklə bağlı bəyanatı tam demaqogiyadır. İraq parlamenti demokratiyaya uyğun olaraq, ABŞ-dan qoşunlarının çıxarılmasını tələb edir, rədd cavabı alır. İraq ABŞ tərəfindən ikinci işğalı yaşayır”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət