Slimfit
  1. İQTİSADİYYAT

ABŞ-ın bu addımı nefti bahalaşdıracaq - Ekspert

ABŞ-ın bu addımı nefti bahalaşdıracaq - Ekspert
Sakura
:0

ABŞ-ın bu addımı nefti bahalaşdıracaq - Ekspert

ABŞ-ın Meksika körfəzində neft hasilatını dayandırması dünya bazarlarında neftin qiymətinə müsbət təsir edəcək. Səudiyyə Ərəbistanın neft hasilatının azaldılması üçün OPEK+ iştirakçılarının və digər ölkələrin təcili iclasını çağırması da hazırda neft bazarında vəziyyətin kritik həddə olduğunu göstərir. Neft hasil edən ölkələr ortaq məxrəcə gələsələr, düşünürəm ki, neftin qiymətində artım müşahidə olunacaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ABŞ Prezident Adminstrasiyasının Meksika körfəzindəki hasilatın dayandırılması qərarının neft qiymətlərinə təsirini şərh edərkən deyib.

“Bu açıqlama ABŞ-ın Meksika körfəzində neft hasilatını tam dayandıracağı anlamına da gəlmir. Çünki neft quyularının uzun müddət istifadə edilməməsi zamanla yataqlara su yığılmasına gətirib çıxara bilər. Bu isə öz növbəsində çıxan nefti dəyərsiz bir hala gətirər. Bu baxımdan texnoloji olaraq ABŞ-ın Meksika körfəzində neft hasilatını tam dayandırması mümkün deyil”, - ekspert bildirib.

N.Cəfərli qeyd edib ki, iki gündür neftin qiymətində artıq yüksəlmə müşahidə olunur:

“Bu mənada deyə bilərəm ki, bu tipli xəbərlər ilk növbədə neftin qiymətinin qalxmasında psixoloji təsir mexanizmini yerinə yetirir”.

Ekspert bildirib ki, OPEK+ ölkələrinin iclası ərəfəsində ABŞ-ın neft hasilatını azaltması olduqca müsbət haldır:

“Bu gün neftin qiymətinin 10 dollora qədər düşmə ehtimalı var. Əgər bu reallaşarsa, bundan sonra əldə ediləcək istənilən razılaşma faydasız olacaq. Nəzərə almaq lazımdır ki, hazırda bazarda normadan artıq xam neft var. Hətta vəziyyət o həddə çatıb ki, neft ölkələri gündəlik hasil olunan nefti saxlamağa yer tapa bilmirlər. Keçən həftə neftə təlabat gündəlik 20 milyon barrel azalmışdısa, hazırda bu göstərici 30 milyon barrelə çatıb”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR