Slimfit
  1. DÜNYA

ABŞ-ın borcu 33 trilyona qalxdı: kimlərə borcludur?

ABŞ-ın borcu 33 trilyona qalxdı: kimlərə borcludur?
Sakura

ABŞ-ın borcu 33 trilyona qalxdı: kimlərə borcludur?

Uzun sürən gərgin daxili siyasi mübahisələrdən sonra ABŞ Konqresi dövlət borcu üzrə limiti artırdı və Prezident Bayden qanun layihəsini imzaladı. Bu gün ABŞ-ın daxili borcu 33 trilyon dollardır. ABŞ dövləti kimlərə borcludur?

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  ABŞ dövlət borcunun ən böyük sahibi Mərkəzi Bankdır, borcun 40%-i ona məxsusdur.

Necə ola bilər ki, Mərkəzi Bank ABŞ-ın büdcəsinə borc versin?

Mərkəzi Bankın izafi maddi vəsaiti yarandıqca, o, ABŞ dövlətinin borcuna sahiblənir və aldığı istiqrazlardan yaxşı faiz alır, yəni yenə də qazanır.

ABŞ xarici borcunun ən böyük sahibi isə Yaponiyadır: 1.2 trilyon dollar. İkinci yerdə Çindir: 1 trilyon dollar. Bundan əlavə Böyük Britaniya, İsveçrə, Fransanın da ABŞ dövlət borcunda payı var.

ABŞ-ın xarici ölkələrə borcu 8 trilyon dollardır və bu rəqəm ümumi borcun 25%-ni təşkil edir, amma eyni zamanda xarici ölkələrin ABŞ-a ümumi borcu 67 trilyon dollardır.

Ümumi götürəndə borcun 40%-i Mərkəzi Banka, 25%-i xarici dövlətlərə, 35%-i isə ABŞ-ın daxilində başqa qurumlara (investisiya fondları, kredit-maliyyə şirkətləri, pensiya fondları, sığorta şirkətləri və s.) və ya vətəndaşlara məxsusdur.

Niyə hər kəs ABŞ dövlət borcuna sahiblənmək istəyir? Ona görə ki, ABŞ yaxşı faiz ödəyir və dövlət borcuna sərmayənin batmaq ehtimalı yoxdur.

Rusiya isə Sovet ənənələrinə sadiq qalaraq “ABŞ batır, dövlət borcu onu bitirəcək” kimi propaqanda ilə məşğuldur. Sovet vaxtında “70-ci illərin Amerikası. Potomak (ABŞ-da çay - red.) üzərində şəhər” adlı veriliş var idi, aparıcısı isə Valentin Zorin idi. Bu verilişdə “ABŞ dövlət borcunun qısa zaman ərzində ölkəni dağıdacağı” haqda hər gün təbliğat gedirdi. Nə Sovet qaldı, nə həmin telekanal, nə veriliş, nə də Zorin, amma ABŞ da, dövlət borcu da qalmaqdadır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

20 ildir aktiv olan Bromo vulkanı

Redaktor seçimi

SON XƏBƏRLƏR