ABŞ-ı Honkonqla birləşdirən kabelin çəkilişi dayandırıldı
ABŞ-ın Quql və Feybuk şirkətləri ABŞ və Honkonq arasında “Pacific Light Cable Network” sualtı internet kabelinin çəkilişi ilə bağlı planlardan imtina ediblər.
Ens.az Axar.Az-a istinadən xəbər verir ki,Donald Tramp administrasiyası Pekinin kabeldən ABŞ vətəndaşları haqqında informasiyanın toplanılması üçün istifadə edə biləcəyini bəyan edib.
Şirkətlər ABŞ Federal Rabitə Komissiyasına (FCC) edilən əvvəlki müraciəti geri götürərək ötən həftənin sonunda yenisini təqdim ediblər. Həmin sənəddə layihənin əvvəlki tərəfdaşı – Honkonqun “Pacific Light Data Communication” (PLDR) şirkəti sadalanmayıb.
Quql, Feysbuk və PDLR 2017-ci ildə ilkin olaraq “Pacific Light Cable Network” adlı layihə təklif ediblər. Əvvəlcə ABŞ-ın qərb sahilindən Tayvan, Filippin və Honkonqadək 13 900 kilometr sualtı kabelin çəkilməsi planlaşdırılmışdı. O, Honkonq və ABŞ-ı birbaşa birləşdirən ilk sualtı kabel xətti kimi təqdim edilib. Lakin 2017-ci ildə PDLR şirkəti "Huavey" istehsalçısına bağlı Pekinin “Dr. Peng Telecom & Media Group” genişzolaqlı internet provayderinin mülkiyyətinə keçib ki, bu da ABŞ xüsusi xidmət orqanlarının narahatlığına səbəb olub. Bir il əvvəl layihənin ABŞ sanksiyaları altına düşməsi təhlükəsi yaranıb. Həmin vaxtadək isə 11 min kilometr kabel çəkilmişdi. 2020-ci ilin fevralında Quql və Feysbuk kabelin Honkonq və Çinə gedən hissələrinin itirilməsi ilə barışmalı olub.
Şirkətlərin yeni müraciətində də kabelin Tayvan və Filippində yerüstü məntəqələrə çıxarılması nəzərdə tutulur. ABŞ Milli Təhlükəsizlik Agentliyi və Ədliyyə Nazirliyi tərəfindən komissiyaya layihənin ABŞ-ın qeyd olunan ərazilərlə sualtı kabel vasitəsilə birləşdirilməsinə aid bölmələrinin təsdiqlənməsi tövsiyə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət