Dərc edildi: Baxış sayı: 502
ABŞ-ı 2040-cı ilə qədər “Tramp klanı” idarə edəcək - Jirinovski
Yaxın 20 ildə ABŞ-da hakimiyyətdə “Tramp klanı” olacaq. Hazırkı prezidentdən sonra ölkəyə kürəkəni Cared Kuşner və qızı İvanka rəhbərlik edəcək.
“RİA Novosti” xəbər verir ki, bu sözləri Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.
“İndi Tramp dayanıb, artıq onun üçün kifayətdir, o, artıq qəhrəmandır – o hər kəsi hədələyib... İndi isə dincələ bilər. İndi ona impiçmenti qırmaq, noyabrda isə ikinci müddətə getmək gərəkdir. Gələn ilin yanvarında isə bütün bunlar qorxulu şəkildə alovlanacaq, Trampın 4 ili qalacaq. Orada 2024-cü ildə daha 2 müddətlik – 8 il kürəkənini, daha sonra qızını hakimiyyətə gətirməlidir. Budur, onlar 20 il hakimiyyətdə olacaqlar. 2040-cı ildə Tramp klanı ola bilsin ki, nəhayət Amerikanı azad etdi”, - Jirinovski bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət