Slimfit
  1. DÜNYA

ABŞ Honkonq administrasiyasının rəhbəri Kerri Lama qarşı sanksiya tətbiq edib

ABŞ Honkonq administrasiyasının rəhbəri Kerri Lama qarşı sanksiya tətbiq edib
Sakura

ABŞ Honkonq administrasiyasının rəhbəri Kerri Lama qarşı sanksiya tətbiq edib

ABŞ Honkonq administrasiyasının rəhbəri Kerri Lama qarşı sanksiya tətbiq edib.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat verilib.

Məlumatda qeyd olunur ki, ABŞ Maliyyə Nazirliyi Honkonqun muxtariyyətini pozduğu və Honkonq vətəndaşlarının sərbəst toplaşmaq və ifadə etmə azadlığını məhdudlaşdırdığı üçün 11 şəxsə sanksiya tətbiq edib. Sanksiya tətbiq olunalar siyahısında Honkonq administrasiyasının rəhbəri Kerri Lamın adı qeyd olunub.

"Kerri Lam Pekinin azadlıq və demokratik proseslərin boğulması siyasətinin həyata keçirilməsinə birbaşa cavabdeh olan icraçıdır. O, 2019-cu ildə Çinin materik hissəsinə ekstradisiya ilə bağlı qərara icazə verərək Honkonqun ekstradisiya qaydalarını yeniləməyə çalışıb. Lam, Honkonq Xüsusi İnzibati Bölgəsində Milli Təhlükəsizliyin qorunması haqqında Çin Xalq Respublikasının Qanununun hazırlanması, qəbul edilməsi və ya icrasında iştirak edib", - deyə nazirliyin məlumatında qeyd olunub.

Administrasiya rəhbəri ilə yanaşı, Honkonq Polis Qüvvələrinin hazırkı və keçmiş komissarları və digər rəsmilərə qarşı sanksiya tətbiq olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR