Slimfit
  1. AZƏRBAYCAN

ABŞ hökumətinin numayəndə heyəti Azərbaycanın rəsmilərilə görüşlər keçirib

ABŞ hökumətinin numayəndə heyəti Azərbaycanın rəsmilərilə görüşlər keçirib
Sakura

ABŞ hökumətinin numayəndə heyəti Azərbaycanın rəsmilərilə görüşlər keçirib

ABŞ hökumətinin numayəndə heyəti investisiyaların təşviqi məqsədilə Azərbaycanın rəsmilərilə görüşlər keçirib

Bizimyol.info xəbər verir ki, ABŞ hökumətinin Xarici Özəl İnvestisiya Korporasiyasının (OPIC) vitse-prezidenti David Bohigian və digər ABŞ rəsmiləri Bakıda Azərbaycan hökumətinin rəhbərləri ilə görüşüblər. Səfərin məqsədi ABŞ-ın regiona investisiyalarını təşviq etmək, tərəfdaşlıqları gücləndirmək və iqtisadi artım və sabitliyə aparan işgüzar əlaqələri dərinləşdirmək üçün imkanlar tapmaqdır.

“OPIC, təbii resurslara, enerji və infrastruktur layihələrinə yönəlmiş investisiyalar vasitəsilə Azərbaycanı və onun xalqını dəstəkləməyə çalışır”, – Bohigian deyib. “Azərbaycan və regionda ABŞ-ın daha böyük investisiyaları üçün cəlbedici imkanlar mövcuddur, bu investisiyalar özəl sektoru gücləndirərək daha yaxşı həyat və icmalar qurmağa kömək edir. Şəffaflığın, davamlılığın, keyfiyyətin və yerli icma və ətraf mühitə hörməti təşviq edən investisiyalara sadiq qalmaqla Azərbaycan öz xalqı üçün müsbət bir yola sadiqdir. Azərbaycan hökuməti bu yolla hərəkət etdikcə və hər iki ölkənin iqtisadiyyatına və xalqına fayda verəcək gələcək ABŞ investisiyaları üçün şərait yaratdıca biz Azərbaycan hökuməti ilə işləməyi həvəslə gözləyirik”.

ABŞ nümayəndə heyəti iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, “AzPromo” İnvestisiyaların Təşviqi Fondunun Direktoru Fuad Cəfərov və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi Administrasiyasının rəhbəri Şamil Suleymanlı ilə görüşüb. Heyət ayrıca Amerika biznes liderləri ilə də görüşdü.

OPIC hazırda Azərbaycana 11 milyon dollar sərmayə qoyub. 2013-cü ildə OPIC, kənd və şəhər ərazilərində kreditlər verməsi üçün TuranBank-ın Kiçik və Orta Sahibkarlıq portfelinin genişləndirilməsinə 7, 5 milyon dollar həcmində kredit verib. Həmin kreditlərin çoxu fermerlərə və kənd təsərrüfatına fayda vermişdir.

OPIC, ABŞ hökumətinin inkişaf maliyyə institutudur. Milli Təhlükəsizlik Strategiyasının bir hissəsi olaraq, Prezident Tramp canatan tərəfdaşların inkişafına kömək etmək, iqtisadi əlaqələri inkişaf etdirmək və Amerika maraqları üçün vacib olan bölgələrdə investisiyaların artırmaq üçün ABŞ hökumətinin inkişafa yönəlik maliyyə vəsaitlərinə modernləşdirilmiş bir yanaşmasına ehtiyacını vurğuladı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR