Slimfit
  1. DÜNYA

ABŞ hökumət sistemini sanksiyalar səbəbindən dəyişir

ABŞ hökumət sistemini sanksiyalar səbəbindən dəyişir
Sakura

ABŞ hökumət sistemini sanksiyalar səbəbindən dəyişir

ABŞ prezidenti Donald Trampın imzaladığı Təhlükəsizliyin Səlahiyyətləndirilməsi Qanunu çərçivəsində Çin istehsalı “Huavei” və ZTE markalı mobil telefon və cihazlar hökumət qurumlarında, həmçinin, bu qurumlarla işləyən şirkətlərdə işlədilməyəcək.

Publika.az xəbər verir ki, ABŞ ilə Çin arasında ticarət müharibəsinin rəsmiləşməsindən öncə fiber-casusluq etdiyinə və İrana tətbiq edilən embarqonu qırdığına görə ZTE bənzəri bir qadağaya məruz qalmışdı. “Huavei”nin də eyni taleyi gözlədiyi bildirilmişdi. Qısa müddət sonra ZTE ali idarəsini dəyişdirməyi və cərimə ödəməyi qəbul edərək amerikalılarla işləmiş və beləliklə hökumət idarələrindəki qadağa aradan qalxmışdı.

Lakin Donald Tramp yenidən bu qadağanı tətbiq edib və gələn ildən etibarən prosesin başlanılmasını tələb edib.

Qadağadan sonra Federal Əlaqələr Komissiyası da daxil olmaqla, bir çox hökumət qurumunun infrastrukturunun və sistemlərinin dəyişdirilməsi gözlənilir.

“Huavei” qanunla bağlı verdiyi açıqlamada bu maddənin faydasız, yanlış istiqamətləndirilmiş və konsitutsiyadan kənar olduğunu bildirib.

Zümrüd

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR