Dərc edildi: Baxış sayı: 564
ABŞ hədələdi: Səni Süleymaninin taleyi gözləyir
Əgər İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının yeni komandanı İsmayıl Kaani amerikalıları öldürsə, onu sələfi general Qasım Süleymaninin taleyi gözləyir.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib.
“Əgər Kaani amerikalıları öldürməyə davam etsə, onu eyni tale gözləyir. Prezident Tramp bir neçə il əvvəl izah edib ki, amerikalılar və ya ABŞ-ın maraqlarına istənilən hücuma qəti cavab veriləcək. Prezident bunu nümayiş etdirib. ABŞ İran xalqını dəstəkləməyə davam edəcək. İran xalqı ölkədəki mövcud rejimdən əziyyət çəkir”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət