Dərc edildi: Baxış sayı: 553
ABŞ Gürcüstana rekord həcmdə hərbi yardım ayırdı
ABŞ-ın 2020-ci il hərbi büdcəsində Gürcüstana 132 milyon dollar miqdarında yardımın edilməsi nəzərdə tutulub.
Axar.az xəbər verir ki, bu məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb. Rəsmi Tiflis bu vəsaitin Gürcüstan-ABŞ münasibətləri tarixində ölkəyə ayrılan ən böyük vəsait olduğunu bildirib.
XİN ABŞ-ın müdafiə büdcəsində, həmçinin, qondarma Abxaziya və Cənubi Osetiyanı tanıyan ölkələrə maliyyə yardımının qadağan edildiyini vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət