Slimfit
  1. DÜNYA

ABŞ G7 liderlərinin görüşünün videokonfrans rejimində keçirilməsini istəyir

ABŞ G7 liderlərinin görüşünün videokonfrans rejimində keçirilməsini istəyir
Sakura

ABŞ G7 liderlərinin görüşünün videokonfrans rejimində keçirilməsini istəyir

ABŞ G7 ölkələrinin liderlərinin görüşünü aprel və may aylarında  videokonfrans rejimində təşkil etməyi planlaşdırır.

Gununsesiaz.info-nun xəbərinə görə, bunu Almaniya Nazirlər Kabinetinin xüsusi nümayəndəsi Şteffen Zaybert bildirib.

G7 ölkələrinin iyun ayında ABŞ-da keçirilməsi nəzərdə tutulan görüşü koronavirus təhlükəsi ilə əlaqədar ləğv edilib. Ş. Zaybert deyib ki, ABŞ iyuna qədər, aprel və may aylarında  G7 ölkələrinin dövlət və hökumət başçılarının videokonfrans formatında görüşünü təşkil etmək istəyir: “Almaniya Baş Naziri pandemiyanın qlobal nəticələrini nəzərə alaraq, videokonfrans rejimində görüşün keçirilməsini dəstəkləyir”.

 

 

 

Qeyd edək ki, martın 20-də Ağ Evin mətbuat katibi Cadd Dir bildirib ki, ABŞ Prezidenti Donald Tramp koronavirus təhlükəsi ilə əlaqədar G7 ölkələrinin liderlərinin iyun ayında Kemp-Deviddə keçirilməsi nəzərdə tutulan görüşünü ləğv etmək barədə qərar verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR