Slimfit
  1. DÜNYA

ABŞ fələstinlilərə yardım agentliyinə dəstəyini kəsib

ABŞ fələstinlilərə yardım agentliyinə dəstəyini kəsib
Sakura

ABŞ fələstinlilərə yardım agentliyinə dəstəyini kəsib

ABŞ, BMT-nin fələstinli qaçqınlar agentliyinə dəstəyinə son qoyur, ABŞ Dövlət Departamenti bildirib.

Departament Birləşmiş Millətlər Yardım və İş Agentliyinin (UNRWA) işini "düzəlməyən qüsurlu" adlandırıb.

ABŞ administrasiyası məsələni "diqqətdən keçirib" və "UNRWA-ya əlavə vəsait ödəməyəcək", sözçü Heather Nauert bildirib.

Fələstin prezidenti Mahmud Abbasın sözçüsü Nabil Abu Rudeina bildirib ki, bu, onun xalqına qarşı "təhqirdir".

O, ABŞ-ın artıq regionda heç bir rol oynamadığını deyib və əlavə edib ki, bu qərar "BMT qətnaməsinə ziddir".

UNRWA sözçüsü Chris Gunness paylaşdığı tvitlərdə təşkilatın fəaliyyətini dəstəkləyib.

"Biz UNRWA fəaliyyətinin 'düzəlməyən qüsurlu' olması fikri ilə qətiyyən razı deyilik", o yazıb.

UNRWA 1948-ci ilədn başlayan Ərəb-İsrai müharibəsi nəticəsində didərgin düşmüş yüz minlərlə fələstinli qaçqına yardım məqsədilə yaradılıb.

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR