Slimfit
  1. DÜNYA

ABŞ Federal Təhqiqatlar Bürosu Hitlerin Argentinaya qaçması ehtimalını araşdırıb

ABŞ Federal Təhqiqatlar Bürosu Hitlerin Argentinaya qaçması ehtimalını araşdırıb
Sakura

ABŞ Federal Təhqiqatlar Bürosu Hitlerin Argentinaya qaçması ehtimalını araşdırıb

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 1945-ci ildə Adolf Hitlerin Argentinaya qaçması ehtimalını araşdırıb.

Report” xəbər verir ki, bu barədə gizliliyi yeni ləğv edilərək FTB-nın saytında yerləşdirilən sənədlərə görə, Almaniyanın nasist diktatorunun sualtı qayıqla Argentinaya gedib yerli hökumətin yüksək rütbəli rəsmilərinin köməyi ilə bu ölkənin ucqar cənub bölgəsində, dağların qoynunda özünə sığınacaq tapmaq istəyi məlum olub. O zamankı qeyddə məşhur bığlarını qırxan nasist liderin astom və xoralardan əziyyət çəkdiyi də göstərilir.

1945-ci il 21 oktyabr tarixli sənədə görə, Hitlerdən başqa, Üçüncü Reyxstaqın yüksək vəzifəli daha 50 nəfəri də qaçıb gizləndiyi məlum olub. Həmin hadisələrin 1945-ci il mayın 9-da Berlinin təslim olunmasından iki həftə sonra baş verdiyi ehtimalı irəli sürülür.

Məxfi məlumatların çatdırıldığı FTB-nin ilk direktoru Edqar Huverdən başqa, onlardan xəbərdar olan hərbi kəşfiyyat bu araşdırmanı natamam hesab edərək, o vaxt Hitleri axtarmamaq qərarına gəlibmiş.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR