Dərc edildi: Baxış sayı: 369
ABŞ federal hökuməti işini dayandıra bilər
ABŞ-da Ağ ev və bir sıra federal qurumlar işin qismən dayandırılması üçün hazırlıqlara başlayıb.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti yazıb.
Konqres ABŞ-Meksika sərhədində divar tikilməsi üçün 5 milyard dollar ayırmaqla bağlı Demokratlar və Respublikaçılar arasında davam edən mübahisələrə görə hələ də büdcə layihəsini qəbul edə bilmir.
Respublikaçılar hökumətin işinin dayandırılmasını təxirə salacaq alternativ həll yolu tapmağa çalışırlar. Razılaşma əldə olunmasa, qurumlar dekabrın 22-də işini dayandıracaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət