Dərc edildi: Baxış sayı: 1416
ABŞ ən mükəmməl təyyarəsini Qafqaza göndərdi – İlk dəfə
ABŞ Hərbi Hava Qüvvələrinin patrul təyyarəsi olan “Boinq B-8 Poseydon” ilk dəfə Gürcüstana gəlib.
Axar.az xəbər verir ki, bu məlumatı ABŞ-ın Gürcüstandakı səfirliyi yayıb. Səfirlik təyyarənin ölkəyə gəlişini tarixi an adlandırıb. Təyyarənin Qara dənizdə Gürcüstan sahil mühafizəsinin əməkdaşları ilə təlimdə iştirak etdiyi bildirilib.
Qeyd edək ki, “Boinq B-8 Poseydon” ABŞ-ın ən güclü təyyarələrindən sayılır. Bu təyyarə düşmənin sualtı qayıqlarını aşkarlayıb məhv etmək, kəşfiyyat aparmaq, gəmi əleyhinə və xilas əməliyyatlarında iştirak etmək üçün istifadə olunur.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət