Slimfit
  1. DÜNYA

ABŞ dünyaya 70 milyardlıq silah satıb - Hərbi müqavilə

ABŞ dünyaya 70 milyardlıq silah satıb - Hərbi müqavilə
Sakura

ABŞ dünyaya 70 milyardlıq silah satıb - Hərbi müqavilə

ABŞ Dövlət Departamenti bu il ərzində 69,7 milyard dollarlıq silah və hərbi texnika satışına izn verib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Defens Nyus” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Dövlət Departamenti cari ildə 70-dən çox razılaşmanı təsdiq edib. Rəsmi Vaşinqton Avropa ölkələri ilə 31 razılaşmaya (37,34 milyard dollar), Yaxın Şərq ölkələri ilə 23 razılaşmaya (22,12 milyard dollar), Asiya-Sakit okean regionu ölkələri ilə 12 razılaşmaya (8,85 milyard dollar) izn verib.

Cari il ərzində həmçinin ABŞ-ın ən böyük hərbi müqaviləsi Səudiyyə Ərəbistanı ilə olub. Ər-Riyad razılaşma əsasında Vaşinqtondan 15 milyard dollar dəyərində THAAD raket kompleksləri alıb. İkinci yeri 10,5 milyard dollarlıq müqavilə ilə Polşa tutub. Bu müqavilə əsasında Polşa "Patriot" kompleksləri əldə edib.

Sonrakı yerlərdə Belçika (6,53 milyard dollar), İsveç (3,2 milyard dollar) və Yaponiya (3,2 milyard dollar) qərarlaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR