Slimfit
  1. DÜNYA

ABŞ Dövlət departamenti: Türklər səhv istiqamətdə hərəkət etməyə davam edirlər

ABŞ Dövlət departamenti: Türklər səhv istiqamətdə hərəkət etməyə davam edirlər
Sakura

ABŞ Dövlət departamenti: Türklər səhv istiqamətdə hərəkət etməyə davam edirlər

Türkiyə bütün cəhdlərə baxmayaraq Rusiya istehsalı olan silahlardan, o cümlədən S-400 ZRK-lardan imtina etmək istəmir.

“İnterfaks” xəbər verir ki, bunu ənənəvi brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Vaşinqton və Ankara arasında olan ziddiyətlərdə dəyişməyən bir məqam varsa o da türklərin səhv istiqamətdə hərəkət etməkdə davam etmələridir”, - deyə ABŞ rəsmisi bildirib.

Onun sözlərinə görə, ABŞ-ın təkidinə səbəblərdən biri də NATO üzrə müttəfiq olan Türkiyədə tikilən hərbi bazalara milyonlarla vəsaitin xərclənməsidir. Rusiya silahlarının alınması ucbatından Türkiyə müəyyən imtiyazlardan, o cümlədən F-35 qırıcılarından məhrum edilib.

ABŞ diplomatı onu da bildirib ki, iki ölkə arasında hərbi sahədə öhdəliklər və əlaqələr var, bu isə gələcəkdə Vaşınqtonla Ankaranın münasibətlərinə müsbət təsir göstərə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR