Dərc edildi: Baxış sayı: 258
ABŞ Dövlət Departamenti: “İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”
“İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O, ABŞ-ın birbaşa dialoqu dəstəklədiyini bildirib:
“Bu, sülhü və problemləri həll etməyin ən yaxşı yoludur”.
Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək. Müzakirələrin 3 gün davam edəcəyi gözlənilir
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət