Dərc edildi: Baxış sayı: 267
ABŞ-də bir həftə ərzində 89 nəfər sərt qışın qurbanı olub
ABŞ-də kəskin hava şəraiti bir həftə ərzində azı 89 nəfərin ölümünə səbəb olub.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.
Bildirilib ki, Tennessidə 25, Oreqonda ən azı 16 nəfər, o cümlədən üç nəfər ağacın aşdığı avtomobildə həlak olub.
Soyuq, güclü külək, qar və buzlu hava səbəbindən ölüm halları İllinoys, Pensilvaniya, Missisipi, Vaşinqton, Kentukki, Viskonsin, Nyu-York və Nyu-Cersi ştatlarında da qeydə alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət