Slimfit
  1. DÜNYA

ABŞ-dan “TikTok”la bağlı yeni addım: satmasa, qadağan ediləcək

ABŞ-dan “TikTok”la bağlı yeni addım: satmasa, qadağan ediləcək
Sakura

ABŞ-dan “TikTok”la bağlı yeni addım: satmasa, qadağan ediləcək

ABŞ uzun müddətdir təhlükəsizlik səbəbiylə problem yaşanan sosial media platforması “TikTok” üçün yeni addım atıb. 

Ölkə.Az “Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, Xarici İnvestisiyalar Komitəsi “ByteDance” şirkətindən “TikTok”un səhmlərini satmağı tələb edib. 

Şirkət razı olmadığı halda ölkədə tətbiqin istifadəsi qadağan edilə bilər.

“TikTok” sözçüsü bildirib ki, məqsəd milli təhlükəsizliyi qorumaqdırsa, platformanın satılması problemi həll etməyəcək.

“Tətbiqin sahibinin dəyişdirilməsi məlumat axınına və ya girişə yeni məhdudiyyətlər qoymur”,- deyə açıqlamada qeyd edilib.

Xatırladaq ki, ABŞ Senatı 2022-ci il dekabrında milli təhlükəsizlik narahatlıqlarından dolayı hökumət işçilərinə “TikTok”u dövlətə məxsus cihazlara yükləməyi qadağan edən qanun layihəsini yekdilliklə qəbul edib. Fevralın 28-də qadağanın tətbiqi üçün 30 gün vaxt verilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR