ABŞ-dan sürpriz qərar: Bölgəyə raket sistemləri göndərir
İran Silahlı Qüvvələrinin son hücumlarından sonra ABŞ İraqdakı hərbi bazalarını qorumaq məqsədilə bölgəyə “Patriot” hava hücumundan müdafiə sistemləri dislokasiya etməyi planlaşdırır.
Teleqraf.com “Fox News”-a istinadla xəbər verir ki, adının açıqlanması istəməyən bir Pentaqon rəsmisi bu barədə yayılan məlumatı təsdiq edib.
O, bölgədəki Amerika hərbi bazarlarının təhlükəsizliyini təmin etmək məqsədilə bölgəyə “Patriot”ların göndəriləcəyi ehtimalının yüksək olduğunu deyib.
Məlumatda , eyni zamanda, ABŞ-ın Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətərdəki bazalarını qorumaq üçün “Patriot” sistemlərinin olduğu qeyd edilib.
Qərar İraq tərəfinin narazılığına səbəb olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət