ABŞ hökuməti İran, Rusiya və Suriyada fəaliyyət göstərən 9 şəxs və şirkətdən ibarət qeyri-qanuni neft…
ABŞ hökuməti İran, Rusiya və Suriyada fəaliyyət göstərən 9 şəxs və şirkətdən ibarət qeyri-qanuni neft şəbəkəsinə sanksiya tətbiq edib.
Publika.az xəbər verir ki, buna səbəb olaraq 5 nəfər və 4 qurumdan ibarət şəbəkənin Əsəd rejimi, Hizbullah və Həmasa maliyyə dəstəyi verməsi göstərilib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Açıqlamada rəsmi Tehranın Rusiya şirkətləri ilə birlikdə işləyərək Suriya hökumətini neftlə təmin etdiyi bildirilib. Əsəd rejimi isə neftin qarşılığında İran İnqilab Keşikçiləri, Hizbullah və Həmasa milyonlarla dollar transfer edib.
Belə ki, Suriya vətəndaşı Məhəmməd Amir Alçviki və mərkəzi Rusiyada yerləşən “Qlobal Vizyon Qrup” şirkəti sözügedən neft şəbəkəsində əsas rolu oynadıqları üçün sanksiya siyahısına salınıb. İran Mərkəzi Bankının Beynəlxalq Departamentinin direktoru Rəsul Səccad və köməkçisi Hüseyn Yaqubi isə Məhəmməd Amir və şirkətinin valyuta transferlərini gerçəkləşdirdiyi üçün sanksiya silayhısına əlavə edilib.
Sanksiyaya məruz qalan digər bir şəxs isə Hizbullah cəbhəsində fəaliyyət göstərən Məhəmməd Qasım əl Bazzaldır.
Sanksiyalar çərçivəsində adıçəkilən şəxs və şirkətlərin ABŞ-dakı mülkləri dondurulub, amerikalılarla ticarət əlaqələri qurmaları qadağan edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət