Dərc edildi: Baxış sayı: 522
ABŞ-dan koronavirusla mübarizədə Çinə 100 milyon dollar dəstək
ABŞ Dövlət katibi Mayk Pompeo yeni tip koronavirusla mübarizə üçün ölkəsinin Çinə vəsait ayırmağa hazır olduğunu açıqlayıb.
“Gazeta.ru” xəbər verir ki, bu açıqlama ABŞ Dövlət Departamentinin rəsmi saytında yerləşdirilib.
Vaşinqtonun rəsmi Pekinə 100 milyon dollar ayıra biləcəyi qeyd olunur. Bununla yanaşı, məlumatda ABŞ-ın digər zərərçəkmiş ölkələrə də yardım edə biləcəyi vurğulanır. Yardımlar birbaşa və ya beynəlxalq təşkilatlar vasitəsilə həyata keçirilə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət