Dərc edildi: Baxış sayı: 542
ABŞ-dan İrana növbəti xəbərdarlıq
İran dərhal Fordo obyektində uranın zənginləşdirməsini dayandırmalıdır.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri Kelli Kraft deyib.
“İran əvvəldən Fordonu məxfi olaraq uranın zənginləşdirilməsi üçün möhkəmləndirilmiş yeraltı bunker kimi tikib. İran üçün heç bir qanuni səbəb yoxdur ki, bu obyektdə zənginləşdirməni davam etdirsin. İran gərək burada uran zənginləşdirilməsiylə bağlı öz fəaliyyətini dərhal dayandırsın”, – deyə o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət