Slimfit
  1. DÜNYA

ABŞ-dan Huawei-yə prosessor zərbəsi: TSMC geri çəkildi

ABŞ-dan Huawei-yə prosessor zərbəsi: TSMC geri çəkildi
Sakura

ABŞ-dan Huawei-yə prosessor zərbəsi: TSMC geri çəkildi

Uzun müddətdir, ABŞ sanksiyaları ilə mübarizə aparan Huawei-yə prosessor zərbəsi də vurulduğunu xəbər vermişdik. Sanksiyaların daha da sərtləşməsindən sonra TSMC-nin Huawei prosessorları istehsalı da dayandırılıb. Bununla əlaqədar, Huawei Kirin prosessorları üçün başqa şirkətlərlə danışıqlar aparır. Şirkətlər siyahısında Qualcomm və MediaTek də var. 

TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, TSMC artıq Huawei-dən sifariş almayacağını elan edib. Əslində, mayın 15-dən bəri yeni sifariş alınmayıb. Ancaq daha əvvəl verilən sifarişlərin təslimatı üçün hansısa maneə yoxdur. Son təslimat isə sentyabrın 14-də gerçəkləşdiriləcək. 

Android əməliyyat sistemində Google tətbiqlərinə alternativ yaratmaq, Huawei-i ABŞ ilə mübarizədə xeyli gücləndirib. Ancaq prosessor istehsalında aldığı zərbə şirkətə ciddi problemlər yaradıb. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR