Slimfit
  1. CƏMİYYƏT

ABŞ-dan 210 Azərbaycan vətəndaşı təxliyə edildi

ABŞ-dan 210 Azərbaycan vətəndaşı təxliyə edildi
Sakura

ABŞ-dan 210 Azərbaycan vətəndaşı təxliyə edildi

 

ABŞ-dan Azərbaycana ilk çarter uçuşu reallaşıb.

Report”un xüsusi müxbiri xəbər verir ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində “Azərbaycan Hava Yolları” (AZAL) vasitəsilə həyata keçirilən uçuş iyunun 10-da ABŞ vaxtı ilə saat 12:00-da Nyu-York şəhərinin Kennedi (JFK) Hava Limanından baş tutub. 

 

Uçuşda Vaşinqtonda, Los-Ancelesdə, Floridada, Fladelfiyada, Nyu-Yorkda və ABŞ-ın digər şəhər və ştatlarında təhsil alan, yaşayan həmvətənlərimizin təxliyəsi baş tutub.

210 həmvətənimizin təxliyəsinin reallaşdığı çarter uçuşu Azərbaycanın Vaşinqtondakı Səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib. 

Azərbaycanın ABŞ-dakı səfirliyinin konsulu Emil Muradzadə "Report"a açıqlamasında bildirib ki, təxliyə olanan vətəndaşlar arasında daha çox tələbələr, yaşlı insanlar və maddi çətinliklərlə üzləşən vətəndaşlarımız üstünlük təşkil edir: “Bu gün ilk dəfə olaraq ABŞ-da yaşayan vətəndaşlarımızın təxliyə uçuşu həyata keçirildi. Bu uçuşla ölkəmizə 210 nəfər vətəndaşı yola saldıq. Həmvətənlərimizin ən qısa zamanda ölkəmizə sağ-salamat çatmasını diləyirik”. 

Emil Muradzadə

Konsul yaxın tarixlərdə növbəti çarter uçuşlarının da olacağını deyib: “Növbəti çarter uçuşları ilə bağlı işlər görüləcək və bunun üçün yeni siyahılar tərtib olunacaq. ABŞ-da yaşayan bütün vətəndaşlarımıza xatırlatmaq istərdim ki, səfirlikdə müvafiq qaydada qeydiyyatdan keçsinlər. Bu zəruridir, çünki yaxın gələcəkdə təşkil olunan reyslər vətəndaşlarımızın müraciətləri sayəsində dəqiqləşəcək”.

Vüsalə Abbasova

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR