Slimfit
  1. DÜNYA

ABŞ-da yeni qadağa - Pişiklərin caynaqlarını kəsmək olmaz

ABŞ-da yeni qadağa - Pişiklərin caynaqlarını kəsmək olmaz
Sakura

ABŞ-da yeni qadağa - Pişiklərin caynaqlarını kəsmək olmaz

ABŞ-ın Nyu York ştatında pişiklərin caynaqlarını kəsmək qadağan edilib. Yeni qanun heyvan müdafiəçilərinin uzun mübarizəsindən sonra qəbul edilib.

Oxu.Az xəbər verir ki, Nyu York qubernatoru Endrü Kuomo qanunu belə şərh edib:

“Caynaqların kəsilməsi amansızlıqdır, bu ağrılı prosedur müdafiəsiz heyvanlarda fiziki problemlərə və davranış pozuntularına səbəb ola bilər. Bu gün buna son qoyduq. Bu köhnəlmiş təcrübəni qadağan etməklə heyvanların gələcəkdə qeyri-insani və lazımsız prosedurlara məruz qalmasının qarşısını alırıq”.

Caynaqların kəsilməsi zamanı bütün ətraf falanqaların amputasiyası baş verir, bu da çoxsaylı fəsadlara səbəb ola bilər. Heyvan özünümüdafiə imkanından məhrum olur, acizləşir və təcavüzkarlıq nümayiş etdirməyə başlayır. 

Almaniya, İsveçrə və bir çox başqa ölkələrdə də pişiklərin caynaqlarının kəsilməsi qəti qadağandır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR