Dərc edildi: Baxış sayı: 524
ABŞ-da yanacaq istehlakı son 30 ilin minimum həddindədir
ABŞ-da 11-17 aprel tarixində gündəlik neft məhsulları istehlakı 14,1 milyon barel təşkil edib.
“Report” xəbər verir ki, hökumətin yanında Enerji Məlumatları Agentliyinə (EİA) görə, bu rəqəm son 30 ilin ən aşağı həddinin qeydə alındığı əvvəlki həftəyə nisbətən bir qədər çoxdur.
Həmin rəqəmin bu il başlayandan sonra koronavirus pandemiyası ilə bağlı iqtisadi tənəzzülə və gediş-gəliş məhdudiyyətinədək qeydə alınmış orta istehlak həddindən 31 faiz az olduğu bildirilir. O cümlədən benzin istehlakı 40 faiz azalaraq 5,3 milyon barelədək, təyyarə yanacağının istehlakı 62 faiz azalaraq 612 min barelədək, dizel yanacağı istehlakı isə 20 faiz azalaraq 3,1 milyon barelədək geriləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət