Slimfit
  1. AZƏRBAYCANLI

ABŞ-da xüsusi klubu olan azərbaycanlı müəllim

ABŞ-da xüsusi klubu olan azərbaycanlı müəllim
Sakura

ABŞ-da xüsusi klubu olan azərbaycanlı müəllim – “Pedaqoqlarımız Amerika səviyyəsindədirlər, çünki...”

“Azərbaycanlı gənc müəllimlərin fəaliyyətlərini daim izləyirəm. Bizim müəllimlər də Amerika səviyyəsində, yüksək keyfiyyətli işlər görürlər. Normalda isə biz müəllimlərin məktəbdən sonra cürbəcür, maraqlı sosial fəaliyyətlərinə öyrəşməmişdik”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Amerikada müəllim işləyən həmyerlimiz  Əbülfəz Hacızadə deyib.

Əbülfəz Hacızadənin 23 yaşı var, əslən lənkəranlıdır. O, orta məktəbi Lənkəran Özəl Türk Liseyində oxuyub, 12-ci sinfi FLEX mübadilə proqramı ilə ABŞ-a gedərək təhsilini orada davam etdirib.

Amerikanın Delta State Universitetində Kompüter İnformasiya Sistemləri fakültəsinə qəbul olunan Əbülfəz  bu il oradan məzun olub. Hazırda Amerikada özəl orta təhsil müəssisələrinin birində müəllim vəzifəsində VII-XI sinif şagirdlərinə Texnologiya fənnini tədris edir.

Ə.Hacızadənin sözlərinə görə, Amerika məktəblərində müəllimlərin sosial fəaliyyətlərinə çox üstünlük verilir: 

“Burada hər müəllimin təşkil etdiyi xüsusi klubları olduğu kimi mənim də proqramlaşdırma klubum var. Dərsdən sonra şagirdlərdən  kim istəyərsə qalır, beləcə onlarla müxtəlif fəaliyyətlər edirik, əyləncəli şəkildə proqramlar qururuq və s. Bəzi müəllimlər uşaqları qocalar evinə, kimsəsiz heyvanların  qorunduğu yerlərə  və s. aparır.  

Azərbaycanlı gənc müəllimlərin də fəaliyyətlərini daim izləyirəm. Bizim müəllimlər də elə Amerika səviyyəsində işlər görürlər. Artıq 6 ildir burada yaşadığıma görə bunun şahidi oluram. Normalda biz müəllimlərin məktəbdən sonra cürbəcür, maraqlı sosial fəaliyyətlərinə, dərsdə fərqli metodlardan istifadəyə öyrəşməmişdik. İndi isə gənc müəllimlərin fəaliyyətində bunun tez-tez şahidi oluruq. Bu trendi isə Azərbaycanda, düşünürəm ki, gənc müəllim Həbib Əlizadə başladıb. Çox sevinirəm ki, müəllimlərimiz  maraqlı metodlardan istifadə edirlər. Bu, təhsilin inkişafına bariz nümunədir. Çünki sosial fəaliyyət uşaqları elə təhsilə, elmə həvəsləndirir. Onsuz da, şagirdlər saatlarla parta arxasında dərslə məşğul olurlar.

Həmin gənc müəllimləri bağrıma basıram, elə bu yolda da davam etsinlər. Bilirəm, çətindir, maneələr çoxdur. Hətta bildiyimiz kimi, müəllimlərin məvacibi də ürəkaçan deyil. Lakin Azərbaycanın gələcəyini formalaşdırmaq üçün hər şey məhz gənc müəllimlərdən asılıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR