Slimfit
  1. DÜNYA

ABŞ-da “Wi-Fi”sız yaşayan cütlüyə 130 min dollar veriləcək

ABŞ-da “Wi-Fi”sız yaşayan cütlüyə 130 min dollar veriləcək
Sakura

ABŞ-da “Wi-Fi”sız yaşayan cütlüyə 130 min dollar veriləcək

ABŞ-da San-Fransisko yaxınlığındakı adanın mehmanxanasında qalmağa və işləməyə razı olan cütlük axtarılır.

Oxu.Az xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

San-Pablo körfəzinin mərkəzində yerləşən kiçik adada mayak və kiçik mehmanxana var. Həmin mehmanxana il boyunca həftədə dörd gün müştərilərə xidmət göstərir. Hazırda mehmanxanaya cavabdeh olan Çe Rocers və Cillian Miker iş yerindən ayrıldığından onlara əvəz lazımdır.

Vakansiyanı dolduracaq cütlük hoteldə yır-yığış, aşpazlıq və müştərilərə xidmətdən savayı, mühasibat işləri, qonaqların adaya və adadan daşınmasına cavabdeh olacaq. Namizədlər motorlu qayığın idarə olunması ilə bağlı müvafiq sürücülük kateqoriyasına malik olmalıdırlar.

Yaxşı maaşı olan işin bir çox üstünlükləri ilə yanaşı, bəzi çatışmazlıqları da var. Hoteldə, eləcə də, adada televizor və “Wi-Fi” yoxdur.

İnternet və xəbərlərdən təcrid olmuş vəziyyətdə yaşamağa razı olan cütlüyə ilə 130 min dollar məvacib vəd edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR