Slimfit
  1. DÜNYA

ABŞ-da Trampa qarşı hərəkətə keçdilər, İranla müharibə edilsə...

ABŞ-da Trampa qarşı hərəkətə keçdilər, İranla müharibə edilsə...
Sakura

ABŞ-da Trampa qarşı hərəkətə keçdilər, İranla müharibə edilsə...

ABŞ Konqresi prezident Donald Trampa qarşı hərəkətə keçib.

Publika.az xəbər verir ki, Senat və Nümayəndələr Palatası Konqresin icazəsi olmadan İran ilə mümkün müharibənin maliyyələşdirilməsinin qarşısını almaq üçün qanun layihəsi təklif edib.

Demokratçı Senat üzvü Bernie Sanders və Nümayəndələr Palatasından olan Ro Xanna tərəfindən təqdim olunan layihədə Tramp Administrasiyasına sərt reaksiya göstərilib. Layihədə Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyat üçün lazımi bütün maliyyənin qarşısının alınması tələb olunub.

Ortaq açıqlama verən senatorlar Trampın ABŞ-ı Yaxın Şərqdə yeni və qorxunc müharibəyə sürüklədiyini vurğulayıb və bu müharibədə saysız-hesabsız insan öləcəyini, trilyonlarla dollar xərclənəcəyini bildirib. Qeyd olunub ki, müharibə regionda qaçqın sayını artıracaq.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi çərşənbə günü İran İslam İnqilab Keşikçiləri Ordusunun Qüds Gücü konandanı Qasım Süleymanini Bağdad Hava limanına təşkil olunan hücumda öldürüldüyünü açıqlamışdı.

İranın Dini lideri Ayətullah ƏIi Xamenei Süleymaninin intiqamının ABŞ-dan alınacağını açıqlamışdı. Ölkədə 3 gün milli matən elan edən dini lider ABŞ qüvvələrinə sərt qarşılıq veriləcəyini bildirmişdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR