Dərc edildi: Baxış sayı: 519
ABŞ-da “TikTok” qadağan edilir
“Biz “TikTok”u ABŞ-da qadağan edəcəyik”.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Dövlət başçısının sözlərinə görə, o, fövqəladə iqtisadi səlahiyyətlərdən istifadə edə və ya şənbə günü tətbiqin ABŞ-da rəsmi qadağası üçün fərman imzalaya bilər.
Nəşrin məlumatına görə, həmçinin ABŞ prezidenti tətbiqin yerli şirkət tərəfindən satın alına biləcəyi varinatını da dəstəkləmədiyinə işarə edib.
Qeyd edək ki, 2018-ci ildə Çinin “ByteDance” şirkətinin qurduğu “TikTok” proqramı qısametrajlı videoçarxların yaradılması və paylaşılması servisidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət