Dərc edildi: Baxış sayı: 220
ABŞ-da şok yardım təklifi: 80 milyard dollar...
ABŞ Senatında Respublikaçılar Partiyasının bir neçə üzvü 2024-cü il üçün Ukraynaya 60-80 milyard dollar həcmində geniş yardım paketi göndərmək niyyətindədir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Punchbowl” nəşri məlumat yayıb.
“Bir il üçün rəqəmlər həqiqətən də şokedicidir. 60 milyarddan 80 milyard dollaradək təşkil edir”, - deyə bildirilir.
Qeyd edildiyi kimi, respublikaçılar bununla oktyabrın 1-dən şatdaundan qaçmağı planlayırlar. Çünki Ukraynaya yardımla bağlı qalan mübahisəli məsələ gündəmdən çıxmış olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət