Dərc edildi: Baxış sayı: 230
ABŞ-da seçkilər: DeSantis mübarizədən çəkildi
Florida qubernatoru Ron DeSantis bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkiləri yarışından geri çəkilib.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə DeSantis X sosial şəbəkəsində yazıb.
"İstədiyim nəticəyə nail olmaq üçün edə biləcəyim bir şey olsaydı, bunu edərdim. Qələbəyə aparan aydın yolumuz yoxdursa, insanlardan vaxt və resurslarını bizə sərf etmələrini xahiş edə bilmərəm. Bu gün mən seçki kampaniyamın dayandırıldığını elan edirəm”, - DeSantis bildirib.
DeSantis həmçinin ABŞ prezidentliyinə namizəd respublikaçı Donald Trampı dəstəklədiyini açıqlayıb.
Qeyd edək ki, son sorğunun nəticələrinə görə sabiq prezident Donald Tramp respublikaçı namizədləri böyük fərqlə qabaqlamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət