ABŞ-da Rusiya və Çinə qarşı gizli danışıqlar başlayır
Gələn həftə Pentaqon “Çin – Rusiya Birliyi” mövzusunda gizli danışıqlara start verəcək.
Modern.az xəbər verir ki, bu haqda məlumat çərşənbə günü Pentaqonun Federal Reyestrində nəşr olunub.
“3-4 mart 2020-ci il tarixində Müdafiə Siyasəti Şurası Çin-Rusiya mövzusu ilə əlaqədar milli təhlükəsizlik məsələləri ilə bağlı təsnifat müzakirələri aparacaq”, - məlumatda bildirilib.
Məlumata görə, gizli danışıqlar Pentaqonda baş tutacaq və məruzəçilər arasında yüksək səviyyəli kəşfiyyat məmurları, Müdafiə və Xəzinədarlıq Departamentinin rəsmiləri, eləcə də mütəxəssislər iştirak edəcək.
İştirakçılar perspektivlərini və görüşlərini müzakirə edəcək, Rusiya ilə Çin arasındakı münasibətlər barədə gizli məlumatları nəzərdən keçirəcəklər. Onların da Müdafiə Katibinə tövsiyələr verməsi gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət