Slimfit
  1. DÜNYA

ABŞ-da rifah halı tarixi zirvəyə çatdı

ABŞ-da rifah halı tarixi zirvəyə çatdı
Sakura

ABŞ-da rifah halı tarixi zirvəyə çatdı

ABŞ-da birjalardakı artım və iqtisadiyyatı dəstəkləmə tədbirləri fonunda ev təsərrüfatları və qeyri-komersiya qurumlarının xalis dəyəri cari ilin ikinci rübündə 6,8 faiz artaraq 118,96 trilyon ABŞ dollarına çatıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki, Federal Ehtiyatlar Sisteminin (FED) məlumatına görə, bu rəqəm koronavirus pandemiyası ərəfəsi olan 2019-cu ilin sonuna nisbətən 380 milyard ABŞ dolları çoxdur.

Ekspertlərin rəyincə, ölkə iqtisadiyyatı pandemiyanın doğurduğu tənəzzüldən sonra gözlənildiyindən daha sürətlə dirçəlməyə başlayıb. WSJ tərəfindən rəyi öyrənilən ekspertlər ÜDM-in ikinci rübdəki illik 31,7 faizlik rekord geriləməsindən sonra üçüncü rübdə 23,9 faizlik artım gözləyirlər.

Eyni zamanda ikinci rübdə borclanma həcmi də 25,3 faizlik rekord sürətlə artaraq 59,3 trilyon ABŞ dolları təşkil edib. O cümlədən federal hökumətin borcları da 58,9 faizlik rekord həddə artaraq 22,58 trilyon ABŞ dollarına çatıb. Ev təsərrüfatlarının borcları 0,5 faiz, sahibkarlıq qurumlarının bocları 14 faiz (birinci rübdə rekord 18,4 faiz) artıb. Eyni zamanda istehlak kreditlərinin həcmi 6,6 faiz azalıb, ipoteka öhdəlikləri isə 3 faiz artıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR