Dərc edildi: Baxış sayı: 434
ABŞ-da qoruyucu vasitələr tükəndi
ABŞ-da koronavirus səbəbindən fərdi qoruyucu vasitələr tükənib.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.
Məlumata görə, hazırda ölkədə qoruyucu tibbi maskalar, tibbi əlcəklər, respiratorlar, eləcə də xalatlar tükənib.
Agentlik bildirib ki, az sayda qoruyucu vasitələr təcili reaksiya göstərən federal xidmətlərə verilib.
“Koronavirus pandemiyası ilə mübarizədə yardımçı ola biləcək müdafiə vasitələri demək olar ki, bitib”, - məlumatda bildirilib.
Qeyd edək ki, hazırda ABŞ koronavirusa yoluxmaya görə dünyada birinci yerdədir. Ölkədə 188 mindən çox yoluxma hadisəsi baş verib. Son məlumata görə, koronavirusdan 3873 nəfər ölüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət