ABŞ-da prezident seçkiləri kampaniyasında ancaq ağdərili namizədlər qalıb
Bu barədə “Reuters” xəbər yayıb.
Onun kampaniyasının dayandırılmasına səbəb Nyu-Hempşir ştatında daxili partiya seçkilərində nəticələrinin aşağı olması olub. Praymerizdə Patrik son yerlərdən birini tutub.
63 yaşlı siyasətçinin bu qərarından sonra siyahıda qaradərili namizəd qalmayıb.
Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obamanın yaxın müttəfiqi olan D.Patrik 2019-cu ilin noyabr ayında seçki yarışına qoşulub. Bunun üçün o, Bostonda “Bain Capital” investisiya şirkətinin icraedici direktoru vəzifəsini tərk etmişdi.
Hazırda Ağ Evə rəhbərlik uğrunda səkkiz demokrat namizəd mübarizə aparır: ABŞ-ın sabiq vitse-prezidenti Co Bayden, milyarder Maykl Blumberq, Saut-Bend şəhərinin sabiq meri Pit Butticiç, konqresmen Tulsi Habbard, senatorlar - Emi Klobuşar, Berni Sanders, Elizabet Uorren və milyarder Tomas Steyer.
ABŞ-da prezident seçkiləri 2020-ci ilin noyabr ayına təyin olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət