Slimfit
  1. DÜNYA

ABŞ-da neft hasilatı üç həftədir ki, azalıb

ABŞ-da neft hasilatı üç həftədir ki, azalıb
Sakura

ABŞ-da neft hasilatı üç həftədir ki, azalıb

ABŞ-da neft hasilatı ardıcıl olaraq üç həftədir ki, azalır – 11-17 aprel tarixləri ərzində gündəlik həcm 100 min barel azalaraq 12,2 milyon barelə düşüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyası İdarəsinin materiallarında qeyd olunub.

Fevralın əvvəlindən başlayaraq ABŞ-da neft hasilatı sutkada 13 milyon barel və yuxarı olub. Ancaq martın sonlarından etibarən hasilat düşməyə başlayıb və son üç həftədə sutkada 800 min barel enib. Bununla yanaşı, 28 mart-3 aprel tarixlərində ABŞ-da neft hasilatında 2019-cu il 19 iyuldan bəri ən güclü enmə qeydə alınıb – həftə ərzində gündəlik 600 min barel düşüb.

Son dörd həftə ərzində ölkədə orta neft hasilatı gündəlik 12,475 milyon barelə enib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR