Dərc edildi: Baxış sayı: 646
ABŞ-da müsəlman dustaqlara Quran 7 dəfə baha satılır
Pensilvaniya həbsxanasında xristianlar İncili 8 dollara, müsəlmanlar isə Quran kitabını 21 dollara alır…
Halbuki, firma Quran kitablarını türmələrə cəmi 3 dollara çatdırır...
Amerika Birləşmiş Ştatlarının müsəlman insan hüquqları müdafiəçiləri həbsxanalarda olan müsəlman və xristianların dini atributlar və ədəbiyyatla təmin olunmasında ədalətsizliyə yol verilməsindən narahatlıqlarını ifadə ediblər.
Moderator.az xəbər verir ki, bu haqda yerli “WHYY PBS» nəşri məlumat yayıb(https://whyy.org/articles/christians-pray-at-a-discount-muslim-prisoners-charged-more-for-religious-texts/).
Məlumata görə, Pensilvaniya həbsxanalarında yeni qəbul edilən məhbusa bir parça sabun, mələfə və əl-üz dəsmalı verilir. Məhkum digər gündəlik vacib ləvazimat və ərzaqları həbsxana mağazasından öz pulu ilə ala bilər. Bu dükanlarda 1 diyircəkli qələm 90 sentə, 1 paket tezbişən yulaf yarması 45 sentə, 1 baton müslü(meyvə qurularından ibarət qida) 60 sentə və s. satılır.
Müqəddəs Quran Kitabı isə həbsxana dükanında 21 dollara başa gəlir. Namaz qılmaq üçün bir xalça daha bahadır- 23 dollar. Kişilər üçün baş örtüyü – tübət isə 12 dollara, yəni hər hansı bir məsciddəki mağazadakından 3 dəfədən də baha başa gəlir...
İnsan hüquqları fəalları bildirirlər ki, ABŞ-ın hər hansı bir kitab mağazasında Quran bir neçə dəfə ucuzdur və həbsxanalara mütəmadi olaraq pulsuz dini ədəbiyyat çatdırılır. Odur ki, dustaqlar üçün bu cür göyə qalxan qiymətlər kənar müşahidəçilər üçün də çox təəccüblüdür...
Müqayisə üçün o da deyilir ki, eyni həbsxanada xristianların Müqəddəs Kitabı olan İncilin qiyməti 8 dollardan azdır. Yəni Qurandan, demək olar ki, üç dəfə ucuzdur.
Nyu-Yorkda yerləşən “Quran” nəşriyyat evinin rəhbəri Aunali Halfanın sözlərinə görə, rəhbəri olduğu firma müntəzəm olaraq həbsxanalara Müqəddəs Quran kitablarını topdan satış qiymətinə - cəmi 3 dollara çatdırır və Kitabın müsəlman məhbuslara bu qiymətdən 7 qat baha satılacağını gözləməyib.
"Qurana ehtiyacı olan insanların qarşısında maliyyə maneələri yaradılır, bu problemi həll etmək lazımdır" deyə Amerika-İslam Münasibətləri Şurasının (“CAIR”) sözçüsü İbrahim Huper vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət