Slimfit
  1. DÜNYA

ABŞ-da məhkumlar təxliyə üçün özlərini koronavirusa yoluxdurdu

ABŞ-da məhkumlar təxliyə üçün özlərini koronavirusa yoluxdurdu
Sakura

ABŞ-da məhkumlar təxliyə üçün özlərini koronavirusa yoluxdurdu

ABŞ-ın Los-Anceles şəhəri yaxınlığında yerləşən həbsxanada məhkumlar təxliyə olunmaq üçün özlərini koronavirusa yoluxdurublar.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə məlumatı “Los Angeles Times” nəşri yayıb.

Məlumata görə, məhkumlar bilərəkdən eyni stəkandan su içib, bir-birilərinin maskasını taxıblar.

“Onların təxliyə etməyə məcbur qalmağımız üçün belə bir addım atdıqları məlumdur. Normalda hər məhkum heç kəslə paylaşmadığı şəxsi bir stəkanı olur. Bu olaydan sonra 21 məhkuma COVID-19 diaqnozu qoyulub. Xəstəliyin kimdən yayıldığı və hadisənin təfərrüatını araşdırırıq”, - şerif Aleks Vilyanueva açıqlayıb.

Pitç həbsxanasının mühafizə kameralarında qeydə alınan görüntülər çox sayda məhkumun eyni stəkandan su içdiyini, bəzi maskaları iylədiklərini ortaya çıxarıb.

Bundan başqa, onlar hərarət ölçümündən öncə isti su içərək termometri yanıltmağa çalışıblar. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR