Dərc edildi: Baxış sayı: 634
Dünyanın koronavirusla mübarizə apardığı zamanda daha bir sevindirici xəbər də ABŞ-dan gəldi.
Metbuat.az "Daily Mail"ə istinadən xəbər verir ki, Nyu-Yorkdakı xəstəxanalarda çalışan həkimlər iki koronavirus xəstəsini müalicə ediblər.
Həkimlər xəstələri HİV və döş xərçəngi üçün istifadə edilən dərmanlarla sağalda biliblər. Beləki həkimlər xəsətəxanaya ağır vəziyyətdə gətirilən xəstələri bu iki dərmanın qarışığından hazırlanan dərmanla müalicə ediblər. Qısa zaman ərzində hər iki xəstə süni nəfəs aparatından ayrılaraq palataya yerləşdirilib. Onların müalicə tam başa çatdıqdan sonra evə buraxılacağı bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət