Slimfit
  1. DÜNYA

ABŞ-da koronavirusdan ölənlərin sayı 4 000-i ötdü

ABŞ-da koronavirusdan ölənlərin sayı 4 000-i ötdü
Sakura
:0

ABŞ-da koronavirusdan ölənlərin sayı 4 000-i ötdü

ABŞ-da koronavirus infeksiyasından ölənlərin sayı 4 000-i keçib.

Report” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Bildirilib ki, ölkədə virus qurbanlarının sayı 4 079 nəfər çatıb. Qeyd alınmış koronavirus daşıyıcılarının sayı isə 190 000-ə yaxınlaşıb.

ABŞ virusa yoluxanların rəsmi sayına görə dünyada 1-ci, qurbanların sayına görə isə 3-dür.

Qeyd edək ki, ABŞ-da koronavirusa ilk yoluxma faktı yanvarın 21-də qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 859 400-ü ötüb. Bunların 178 322 nəfəri sağalıb, 42 335 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR