ABŞ-da Kibertəhlükəsizlik Agentliyi yaradılıb
Ağ Evin rəhbəri Kibertəhlükəsizlik və İnfrastrukturun Mühafizəsi Agentliyinin (Cybersecurity and Infrastructure Security Agency, CISA) yaradılması haqda sənədi imzalayıb. Yeni agentlik Milli Müdafiə Departamentini (National Protection and Programs Directorate, NPPD) əvəz edəcək və Daxili Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, "ABŞ-ın rəqibləri hər gün bizim kibermüdafiə sistemimizi yoxlayırlar. Onlar kritik infrastrukturumuza giriş əldə etməyə, böyük şirkətlərimizin gücündən istifadə etməyə və bizim həyat tərzimizi məhv etməyə çalışırlar. Biz buna icazə verə bilmərik" – ABŞ prezidenti Donald Tramp sözügedən sənədi imzalamamışdan əvvəl belə deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət