ABŞ-da işsizlik artımı rekord həddə çatdı
ABŞ-da ölkə tarixi ərzində indiyədək ən yüksək işsizlik nisbəti qeydə alınıb. Ens.az xəbər verir ki, müavinət almaq üçün ilkin müraciətlərin sayı üç milyon artıb ki, bu da analitiklər tərəfindən gözlənilən səviyyədən təqribən iki dəfə çoxdur.
Əvvəlki maksimum hədd - həftədə 695 min - 1982-ci ilin oktyabrında qeydə alınıb. Beləliklə, mövcud nəticə əvvəlki rekordu 4.3 dəfə üstələyib.
Beləliklə, ABŞ-da işsizlərin sayı 3.283 milyona yüksəlib. Ölkənin Əmək Nazirliyinin qeyd etdiyi kimi, bu nəticə koronavirusun yayılması ilə əlaqələndirilir.
Eyni zamanda, 14 Martda bitən həftənin nəticələrinə görə ABŞ-da işsizlik müavinəti alanların sayı 101 min artaraq 1.803 milyona çatıb. Bu, 2018-ci ilin aprelindən bəri son iki ildəki ən yüksək rəqəmdir.
Bundan əvvəl Vaşinqtonda yerləşən Qeyri-kommersiya Təşkilatı İqtisadi Siyasət İnstitutunun mütəxəssisləri yay ayına qədər ABŞ-da 14 milyon insanın iş yerlərini itirə biləcəyini proqnozlaşdırmışdılar.
Mənbə: lenta.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət