ABŞ-da internetə çıxışı olan qurğuların istehsalçıları standart parollardan imtina etməli olacaq
Son illərdə “Əşyalar interneti” qurğularının geniş yayılması onu göstərir ki, sözügedən qurğular yalnız insanların həyatını asanlaşdırmır, həm də hakerlər tərəfindən müdaxilə olduğu halda müxtəlif xoşagəlməz hadisələr yaşana bilər. Məsələn, hakerlər "ağıllı" ev və ya router qurğuları üzərində nəzarəti ələ keçirə bilər. Təhlükəsizlik sahəsi üzrə mütəxəssislər dəfələrlə belə qurğuların təhlükəsizlik sisteminin zəif olmasını vurğulayıb, onlar “Əşyalar interneti” qurğularının ən zəif tərəflərindən biri kimi istehsalçılar tərəfindən başlanğıc ayar kimi quraşdırılan giriş şifrini qeyd ediblər. Kaliforniya ştatının hakimiyyəti bu problemi aradan qaldırmağı planlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, bu yaxınlarda Kaliforniya ştatının qubernatoru Cerri Braun istehsalçıların üzərinə internetə qoşulan qurğuların informasiya təhlükəsizliyinin əlavə təmin edilməsi üzrə öhdəlik qoyan qanun imzalayıb. İnternetə daxil olan qurğuların başlanğıc ayar kimi unikal parola malik olması tələb olunur.
Yeni qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət