Dərc edildi: Baxış sayı: 464
ABŞ-da insan qalıqlarından istifadəyə icazə verilə bilər
Amerikalı senator Ceymi Pedersen insan qalıqlarının komposterlənməsinə icazə verilməsini təklif edib.
"Report" "NBC News" nəşrinə istinadən xəbər verir ki, komposterlənmə mikroorqanizmlərin üzvi maddələrinin parçalanması yolu ilə kənd təsərrüfatı tullantılarının zərərsizləşdirilməsi üsuludur.
Senatorun fikrincə, bu üsul insan qalıqlarının istifadə olunması üçün yararlı ola bilər.
O, bu təşəbbüsün müsbət keyfiyyəti kimi məsələnin ekoloji tərəfini, həmçinin dəfn mərasimindən fərqli olaraq az xərc tələb etdiyini diqqətə çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət