Slimfit
  1. MARAQLI

ABŞ-da ilk süni ət fabriki inşa ediləcək

ABŞ-da ilk süni ət fabriki inşa ediləcək
Sakura

ABŞ-da fəaliyyət göstərən "Memphis Meats" şirkəti ilk süni ət fabriki inşa edəcək

Məlumdur ki, ət istehsalı ciddi əmək tələb edən, eyni zamanda getdikcə bahalaşan bir sahədir. Buna görə də bütün dünyada ət və ət məhsullarının qiyməti son illərdə davamlı artım nümayiş etdirir. Eyni zamanda ətin isthlakı da sürətlə artır. Məsələn, ət istehlakının həcminə görə dünya lideri olan ABŞ-da adambaşına illik ət istehlakı 120 kiloqramı keçib. Hesablamalar göstərir ki, inkişaf səviyyəsi yüksəldikcə ölkələrdə adambaşına ət istehlakı da artır. Bu isə dünya idarəçilərini yeni yollar axtarmağa vadar edir. Belə yollardan biri süni ət istehsalının artmasıdır. Bu baxımdan, Dünya İqtisadi Forumu maraqlı materialla çıxış edib. 

Forumun hesablamalarına görə, 2050-ci ildə əhalinin sürətli artımı hesabına dünyada ətə olan tələbat indikindən iki dəfə çox olacaq. Bu zaman növbəti 10 il ərzində dünya ət bazarının 30 faizə yaxını süni ətlərdən ibarət olacaq. Daha sonrakı 10 ildə isə bu pay 60 faizin üzərinə qalxacaq. Bu o deməkdir ki, 2040-cı illərdə artıq təbii ətin dünya bazarında payı 40 faizə düşəcək.

Ens.az xəbər verir ki, alimlər süni əti inək, donuz, toyuq və digər heyvanlardan alınmış hüceyrələr əsasında yaradıblar. Onlar iddia edirlər ki, süni yaradılmış ət eyni olaraq təbii ətin dadını verir, lakin təbii ətdən daha keyfiyyətli və təhlükəsizdir, insan orqanizminə ziyan vermir.

Kaliforniyada yerləşən süni ət istehsalçısı Memphis Meats 161 milyon dollarlıq yeni bir layihəyə başladığını elan edib. Ayrılan məbləğin çox hissəsi ABŞ-da pilot fabrikinin inşasına sərf olunacaq.

Şirkət süni ətin yaxın 5 il ərzində ABŞ-ın bütün ərazisində, o cümlədən gələcəkdə dünya üzrə satışa çıxarılmasını planlaşdırır. Maraqlı cəhət ondadır ki, bu fabrikdə süni ət şüşə məmulatlarından hazırlanaraq. Bu sistemin müəllifləri istehsalla bağlı geniş danışmasalar da, onun bitki əsaslı süni ət sənayesinə yeni ciddi bir rəqibə çevriləcəyini iddia edirlər.

Hal-hazırda, süni ət bazarının çox hissəsi tərəvəz analoqları, məsələn, Beyond Meat  Impossible Foods şirkətinin məhsulları təşkil edir. Ona alternativ bir texnologiya - kök hüceyrələrindən ət yetişdirilməsi üzərində isə işlər davam etdirilir.

Memfis Meats şirkətindən öncə şüşə məmulatları əsasında ət hazırlanacaq fabrikin tikiləcəyi barədə yalnız İsrailin Future Meat Technologies şirkəti açıqlama vermişdi. Bu şirkətin Təl-Əvivdən cənubda yerləşən zavodu 2021–2022-ci illərdə fəaliyyətə başlayacaqdır. Başqa bir kompaniya - JUST heç vaxt belə bir fabrik inşa edəcəklırini elan etməsələr də, həmin şirkətin 2019-cu ilin ortalarında Kaliforniyada pilot istehsalına başladığı iddia edilir.

Memphis Meats-in gələcək fabriki haqqında isə geniş məlumat verilmir. Qeyd olunur ki, pilot istehsalının vacib vəzifələrindən biri tənzimləyici orqanlardan müsbət rəy almaqdır. Hal-hazırda dünyanın heç bir ölkəsi şüşə məmulatları əsasında hazırlanmış ət satışına icazə verməyib. Bununla belə, Memfis Meats istehsal edəcəkləri məhsulun müvafiq dövlət orqanları tərəfindən yüksək qiymət alacağına ümid edir.

Onlar qeyd edirlər ki, əlində bu ətdə canlı heyvan ətindən daha az kimyəvi maddə olacaq. Çünki  mal-qaranı indi dərmansız yetişdirə bilmirlər. Süni ətdə antibiotik, hormonlar istifadə etməyə gərək yoxdur. 

Bu ət tamamilə sağlamdır, onda qara yara, salmonella, donuz qripi kimi qorxulu viruslar yoxdur. Bir üstün tərəfi də yağlılığının az olmalıdır. Demək olar, piyi yoxdur. Ona görə insanı kökəltməyəcək. 

Bu ət daha təmiz, steril şəraitdə hazırlanır. Heyvanlar əzab çəkmir. Ətdə stress faktoru yoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR